|
Saçların sürətlə uzanmasına səbəb olan yağ

Sarımsaq yağı tərkibindəki vitaminlər və kalsium sayəsində saçları qidalandırıb gurlaşdırır, saçın qırılıb tökülməsinin qarşısını alır. Sarımsaq yağının saça faydaları:
- Saç tökülməsinin qarşısını alır.
- Saça parlaqlıq verir.
- Saçqıranları azaldır.
- Yeni tüklərin əmələ gəlməsini sürətləndirir.
- Saç uclarının nazilib baxımsız görünməsinin qarşısını alır.
- Saçların sürətlə uzanmağını təmin edir.
- Baş dərisində meydana gələn göbələyə qarşı təsirlidir.

Sarımsaq yağı maskası:
1 xörək qaşığı şam yarpağı yağı ilə eyni miqdarda sarımsaq yağını qarışdırın. Maskanı saç diblərinə çəkib masaj edin. Yarım saat gözlədikdən sonra saçınızı ilıq su ilə yuyun. Maska həftədə 1 dəfə istifadə edilməlidir.

Cia.az