|
Sümüklərimiz üçün xeyirli və ziyanlı məhsullar
Sümüklərinizi qocalana qədər sağlam və möhkəm saxlamaq istəyirsinizsə, qidalanmanızda mütləq bu kimi məhsullar olmalıdır:
 
Süd məhsulları
 
Süd məhsulları (süd, kəsmik, pendir, xama, qatıq və s.) kalsiumun əsas mənbəyidir. Kalsium sümüklərimiz üçün tikinti materialı funksiyasını yerinə yetirir. Həmçinin süd məhsulları D vitamini ilə zəngindir ki, bu vitamin kalsiumun orqanizm tərəfdən mənimsənilməsini təmin edir.
 
Tərəvəz
 
İspanaq, kərəviz, kahı, çuğundur yarpaqları, brokkoli kələmi kalsiumla zəngindir.
 
Balıq
 
Sardina, qızılbalıq, tunes, siyənək balığı sümüklər üçün vacib olan Omeqa-3 yağlı turşular, D vitamini və fosforla zəngindir.
 
Quru meyvələr
 
Qoz, badam, araxis, günəbaxan tumları, cücərdilmiş buğda sümüklər üçün vacib olan bir çox maddələrlə zəngindir.
 
Meyvə
 
Ərik, üzüm, banan, kişmiş, əncir və əncir qurusu kaliumla zəngindir. Bu mineral  sümüklərin möhkəmləndirilməsinə kömək edir.
 
Paxla
 
Paxlalıların (noxud, lobya, mərci) tərkibində B vitamini çoxdur. Elmi araşdırmalar sübut edib ki, bu qrup vitaminlərin çatışmamazlığı nəticəsində sümüklər daha kövrək olur.
Çay, qəhvə və xüsusilə şirin qazlı içkilərin (müxtəlif limonadlar, koka-kola və s.) həddindən artıq çox miqdarda qəbulu sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir. Spirtli içkilərin qəbulu və siqaret çəkmək kalsiumun orqanizm tərəfindən normal mənimsənilməsinin qarşısını alır./saglamolun.az/
Cia.az