|
Zakir Qaralov Zərdabın prokurorunu işdən çıxardı

Zərdab rayon prokuroru Süleyman Süleymanov vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O bildirib ki, S. Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə baş prokuroroun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, S. Süleymanov bu vəzifəyə 2013-cü ildə təyin olunmuşdu.

Cia.az