|
Məşhur bank Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

“Texnikabank” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsini məhkəməyə verib.

Bank hərəkətlərin qanunsuz hesab edilməsi və dayandırılması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan “Texnikabank” ASC apelyasiya şikayəti verib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Cia.az