Kanada vətəndaşı ölkədə keçirilən "6 - 49" lotereya oyununda 5 milyon dollar qazanıb.
Axar.az xəbər verir ki, bu barədə "Atlantik Lotteri" təşkilatının nümayəndələri məlumat verib.
Qalibin adı məlum olmasa da, onun Ontario əyalətində yaşadığı bildirilib.
Qeyd edək ki, yanvarın 2-də keçirilən lotereya oyunu zamanı Kvebek əyalətinin sakini 17 milyon dollar qazanmışdı.
Cia.az
