Türk və İslam dünyasının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin məqbərəsinin yerləşdiyi Mövlanə muzeyi 2015-ci ildə 2 milyon 581 mindən çox yerli və xarici turisti qəbul etməklə ziyarətçi rekorduna imza atıb.
Cia.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Konyada yerləşən bu muzey Türkiyə daxilində ən çox ziyarətçi qəbul edən muzeydir.
Bundan əvvəlki illərdə də muzeydə ziyarətçi sayı çox olub. Belə ki, bu muzeyi 2014-cü ildə 2 milyon 109 mindən çox insan ziyarət edib.
Konya Muzeylər müdiri Yusif Mənbaşlı nın dediyinə görə, baş nazir Əhməd Davudoğlunun təşəbbüsü ilə 2014-cü il dekabrın 7-dən etibarən muzeyə giriş pulsuz olub.
Cia.az
