|
Hamamda dəm qazından boğulub öldü

Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Cia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az