|
“İşbazlardan xilas olun...” -

Cia.az Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzovun ANS-ə müsahibəsini təqdim edir.

Vüsal Novruzov bildirib ki, ölkə başçısının məlum çıxışından sonra bəzi idxal fəaliyyətləri üzrə bir sıra lisenziyalar və sertifikatlar ləğv edilib:

"Bəzilərinin də alınmasında qaydaları sadələşdirildi. Bu da öz növbəsində “bir pəncərə sistemi”nin tətbiqində gömrük rəsmiləşdirilməsi zamanı asanlaşdırmaqla yanaşı həm də vaxta qənaət olunmasına şərait yaratdı. Qeyd edim ki, xarici iqtisadiyyat fəaliyyət iştirakçısı gömrük bəyannaməsi tərtib edib gömrük əməkdaşına təqdim etdikdən 20 dəqiqə ərzində gömrük bəyannaməsi rəsmiləşdirilərək təkrarən vətəndaşa qaytarılır"