|
“Elə hadisələr baş verəcək ki...” -
Tanınmış astroloq Firudin Qurbansoy 2016-cı illə bağlı proqnozlarını səsləndirib. 
Astroloq qeyd edib ki, 2016-cı il insanlar üçün asan il olmayacaq: “Bu il çox gözlənilməz hadisələr olacaq. Elə hadisələr olacaq ki, insanlar bu cür hadisələrin baş verdiyinə hətta inana bilməyəcəklər. Bu il gözlənilməzliklər çox olacaq və bu, hər sahədə baş verəcək”. 
İqtisadi dəyişikliklərə gəlincə, F.Qurbansoy iddia edib ki, iqtisadçıların hesablamalarından fərqli bir durum yaşanacaq: “Hesablamalar doğru çıxmayacaq. Yeraltı çaylar başqa istiqamətdə axacaq. Yəni gözlənilən hadisələr baş verməyəcək. Neftin qiyməti 17 dollardan da aşağı düşəcək”. 
Cia.az