|
Türkiyədə sərnişin avtobusu aşdı: 26 nəfər xəsarət alıb

Türkiyənin Elazığ vilayətində ağır yol qəzası baş verib.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkir - İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.

Yol qəzası nəticəsində 26 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Cia.az