|
Xədicə İsmayılın həbsinə görə aksiya olacaq

Gürcüstanda bir qrup jurnalist Tiblisidəki Azərbaycan səfirliyinin önündə aksiya keçirməyi planlaşdırır.

Bu haqda Facebook sosial şəbəkəsində "event" yaradılıb. Aksiya həbs edilən jurnalist Xədicə İsmayılla görədir və "Xədicə İsmayılla həmrəyik" şüarı ilə keçiriləcək. "Event"də deyilir:

"Xədicə İsmayıl bir çox araşdırmaların müəllifidir. Həbs edilməsi onu susdurma cəhdlərinin pik nöqtəsidir. Bu ölkədəki azad medianı susdurmağa cəhdin bariz nümunəsidir. Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı etdiyi bu təqib və qısnamaları dayandırmalıdır"

Aksiyanın dekabrın 10-da keçirilməsi planlaşdırılır. //azadliqradiosu