İŞİD İraqın şimalında yerləşən Başika düşərgəsinə hücum edib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD terror qruplaşması dünən yerli saatla 18:30 radələrində türk əsgərlərinin təlim keçdiyi Başika düşərgəsinə hücum edib. Türk əsgərləri tərəfindən hücumun qarşısının alındığı açıqlanıb.
Məlumata görə, 17 İŞİD terrorçusu öldürülüb. Peşmərgə rəsmiləri isə hücuma dair açıqlama verməyiblər.
Cia.az
