|
Elnur Nağızadə işdən çıxarıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə vəzifəsindən azad edilib.

Cia.az xəbər verir ki, bu barədə Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Komissiyadan onun öz ərizəsi ilə işdən azad edildiyi bildirilir.

E.Nağızadə 5 ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Cia.az