|
Amerikanın fond bazarı ÇÖKDÜ –
2016-cı ilin ilk günləri Amerika fond bazarının tarixində ən böyük çöküşlə yadda qalıb.
“Dow Jones” indeksi yanvarın 4-dən başlayaraq 5,5% dəyər itirərək son 119 il ərzində ən böyük geriləməni göstərib.  
Qərb mətbuatının məlumatına görə “Dow Jones” 1897-ci ildən bəri belə geriləmə göstərməmişdi.  
Çin iqtisadiyyatındakı qeyri-müəyyənlik və dünya bazarından neftin ucuzlaşması fond birjalarındakı böhranın əsas səbəbi göstərilir.  
Əksər analitiklər isə bu gedişatla 2008-ci ildə dünyanı saran iqtisadi böhranın təkrarlanacağını deyirlər.   
Cia.az