|
"Barselona" ardıcıl ikinci dəfə ÇL-i qazana bilər"

Fransa millisinin sabiq hücumçusu Tyeri Anri keçmiş klubu "Barselona" haqda danışıb.

Anri Kataloniya təmsilçisinin ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazana biləcəyini deyib:

"Bavariya" Çempionlar Liqasının finalına qədər irəliləyə bilər. Həmçinin PSJ-dən də çəkinmək lazımdır. Çempionlar Liqasında nələr olacağını söyləmək çətindir. İndiyə kimi Çempionlar Liqasını heç bir komanda ardıcıl iki dəfə qazanmayıb. Ancaq "Barselona"nın bunu bacaracağına inanıram".

Qeyd edək ki, "Barselona" ötən mövsüm Çempionlar Liqasının finalında "Yuventus"a 3:1 hesabı ilə qalib gəlib. 

Cia.az