|
Eddi İsrafilov 70 dəqiqə oynadı, cəzalandı

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyununa çıxıb.

İsrafilovun komandası evdə "Las Palmas"ı qəbul edib.

Gərgin keçən görüş meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Oyunun sonlarına doğru 9 nəfərlə qalan "Eybar" matça əlavə edilmiş 1-ci dəqiqədə 3-cü qolu buraxaraq görüşdən məğlub ayrılıb - 2:3.

Matça start heyətində çıxan Eddi İsrafilov 70 dəqiqə meydanda olub. Yığmamızın üzvü 63-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 13-də keçiriləcək.

Cia.az