|
Fransa millisinin sabiq futbolçusu Klod Makelelenin yeni iş yeri müəyyənləşib. Cia.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, 42 yaşlı keçmiş futbolçu "Monako" klubunun direktoru təyin olunub. O, eyni zaman "Monako"nun vitse-prezidenti Vadim Vasilyevə klubun idman işlərində kömək edəcək. Qeyd edək ki, karyerası ərzində "Real" (Madrid), "Çelsi" və PSJ kimi klublarda çıxış edən Makelele 2014-cü ildə "Bastiya"nı çalışdırıb. Cia.az
|
