|
Bülent Ersoy donuz qripinə yoluxub?

Müğənni Bülent Ersoy təcili şəkildə xəstəxanaya aparılıb.

40 dərəcə temperaturdan əziyyət çəkən Bülentin prodüseri "qışla əlaqədar olaraq virusla bağlı problemləri var. Həkimə getməyi sevməsə də, vəziyyət olduqca ciddi idi. 1-2 gün orada qalmalıdır" deyib
O, müğənninin vəziyyətinin hazırda yaxşı olduğunu bildirib:
"Bəzi testlər edildi, donuz qripi ola bilər. 40 dərəcə temperaturu var, öskürür. Bu gün dəqiq bilinəcək".

Cia.az