|
Daha bir ərəb ölkəsi İrana qarşı -

İordaniya Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının İrandakı diplomatik təmsilçiliyinə edilən hücumlara görə bu ölkəyə nota verib.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, nota İranın Əmmandakı səfirinə təqdim edilib. 

İordaniya Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumun beynəlxalq razılaşmalara zidd olduğunu, Vyana konvensiyasının pozulduğunu vurğulayıb.

Cia.az