|
Makiyaj təmizləməyin TƏBİİ YOLLARI

Makiyaj təmizləyərkən mətbəxinizdə olan təbii ərzaqlardan faydalana bilərsiniz. Necə? 

Mətbəxinizdə olan və sizi qidalandıran ərzaqlardan gözəlləşmək üçün də istifadə etmək mümkündür. Bu qidalar eyni zamanda makiyajdan yorulan dərinizi də qidalandıracaq. Tək diqqət etməli olduğunuz gözlərinizə təmas etməməsidir.

Qatıq

Qatığı bir qabda çırpıb krem halına gətirdikdən sonra üzünüzə sürtün. Ardından pambıqla silib yuyun. Qatıq içindəkilərlə dərini sıxlaşdırır, üzünüzə yenilənmiş görüntü verir.

Badam yağı, zeytun yağı, hindqozu yağı

Bu yağlardan birini üzünüzə sürtüb sonra üst-üstə iki təmiz pambıqla silin və ilıq su ilə yuyun. Makiyajı təmizlədiyi kimi dərinizi qidalandıracaq.

Vazelin

Vazelini üzünüzə yumşaq hərəkətlərlə dairəvi cizgilər çəkərək yedirin. Pambıqla bir neçə dəfə silin. Makiyajı sildikdən sonra üzünüzü ilıq su ilə yuyun.

Xiyar və süd

1 ədəd kiçik xiyarı rəndələyin. 250 ml südlə birlikdə qaynadın. Süzdüyünüz suya pambığı batırıb üzünüzü silin. 

Cia.az