Rusiyada uşaqları çox səs salır deyə hamilə qadını avtobusdan çölə atıblar.
Avtobusda iki qadın arasında dava düşdüyü üçün uşaqlar qorxub ağlamağa başlayıb. Daha sonra bu haldan narahat olan sərnişinlərlə ana arasında mübahisə düşüb. Səs-küyə dözə bilmədiyi üçün əsəbiləşən sərnişin hamilə ananı və 3 uşağını avtobusdan çölə atıb.
Həmin anları başqa bir sərnişin kameraya çəkib.
