|
Arda Turan "Barselona"da ilk matçına çıxdı

Türkiyə millisinin futbolçusu Arda Turan "Barselona"nın heyətində ilk rəsmi oyununu keçirib.

Bu, İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Espanyol"la görüşə təsadüf edib.

Start heyətində meydana çıxan 28 yaşlı futbolçu 68-ci dəqiqədə əvəzlənib. "Barselona"nın baş məşqçisi Luis Enrike Ardanın əvəzinə xorvatiyalı futbolçu İvan Rakitiçi meydana buraxıb. Həmin dəqiqəyə qədər "Barselona" 3:1 hesabı ilə öndə olub.

Qeyd edək ki, mövsümün əvvəlində "Atletiko"dan "Barselona"ya keçən Arda Turan FİFA-nın Kataloniya təmsilçisinə tətbiq etdiyi transfer qadağası səbəbindən yanvar ayına qədər komandasına kömək edə bilməyib.

Cia.az