|
"Bursaspor"un yeni stadionunun adı "Azərbaycan Arena" ola bilər

Türkiyə superliqası təmsilçisi "Bursaspor"un yeni stadionunun adı "Azərbaycan Arena" ola bilər.

Bu barədə Bursa təmsilçisində prezidentliyə namizəd Timur Noyan məlumat verib:

"Stadiona ad verilməsi ilə bağlı may ayında Əliyev ailəsi ilə əlaqə yaratdım.  Stadionun adının "Azərbaycan Arena" olması çün ilk görüşümüz oldu. Danışdığımız rəqəmi artıracaqlarını söylədilər".

Cia.az