Səudiyyə Ərəbistanı-İran qarşıdurmasında daha bir ölkə tərəfini seçib.
Ərəb Dövlətləri Liqasının üzvü olan Cibuti də İranla diplomatik münasibətləri dayandırıb.
Cibuti Tehrandakı səfirini geri çağırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında şiə din alimi şeyx Nimr əl-Nimrinin də aralarında olduğu 47 nəfərin edam olunması Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Ər-Riyad edamdan sonra İrandakı diplomatik korpusların yandırılmasına etiraz olaraq Tehranla diplomatik münasibətləri kəsib. Ardınca Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da İranla diplomatik münasibətləri kəsdiyini bəyan edib.
Bundan başqa, Bəhreyn İran tərəfindən dəstəklənən Livanın “Hizbullah” təşkilatının tərəfdarı olan təhlükəsizlik işçilərini işdən çıxarmağa başlayıb. Bəhreyn bu gün 7 şiə polisi “Hizbullah” tərəfdarı olduğu üçün işindən uzaqlaşdırıb.
Cia.az
