|
Şahzadə Corcun bağçada ilk günü
Şahzadə Uilyam ilə həyat yoldaşı Keytin oğlu olan şahzadə Corcun bağçaya getməsi dünya mətbuatına yansıyıb.
 
Musavat.com xəbər verir ki, İngiltərə kraliçası II Elizabetin nəvəsi və kraliyyət taxtının ikinci varisi olan şahzadə Uilyam da uşaq vaxtı həmin bağçaya gedib. Uilyam həmin bağçaya getməklə, özəl dərs əvəzinə, dövlət müəssəsini seçən ilk kraliyyət ailəsi üzvü olaraq tarixə keçmişdi.
 
Kraliyyət ailəsinin 2 yaşlı üzvünün ilk dərs gününün fotosu anası Keyt tərəfindən çəkilib.
 
 

Cia.az