|
"Liverpul"dan 7 milyon avroluq transfer
"Srvena Zvezda"nın futbolçusu Marko Grujiçin "Liverpul"a keçidi rəsmiləşib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 19 yaşlı oyunçu ilə müqavilə imzalanıb. Bu transferin "Liverpul"a 7 milyon avroya başa gəldiyi bildirilib. 
M.Grujiçin bu mövsümün sonuna kimi icarə əsasında "Srvena Zvezda"da çıxış edəcəyi qeyd olunub.
Xatırladaq ki, M.Grujiç bu mövsüm oynadığı 21 matçda 5 qol vurub və 7 qolun ötürməsini verib.
Cia.az