|
Peleqrini: "5 illik müqaviləni yox, çempion olub qovulmağı seçirəm"
Manuel Pelleqrini baş məşqçisi olduğu "Mançester Siti"dən bu mövsümün sonu ayrılacağı iddialarına münasibət bildirib.
O, hazırda qarşıdakı matçları düşündüyünü deyib. Çilili mütəxəssis tək hədəfinin Premyer Liqanın kubokunu qazanmaq olduğunu söyləyib:
"Çempion olmayıb 5 illik yeni müqavilə imzalamaqdansa, kuboku qazanıb qovulmağı seçərəm".
Qeyd edək ki, mövsümün sonu "Mançester Siti"də M.Pelleqrini Pep Qvardiolanın əvəzləyəcəyi gözlənilir.
Cia.az