Hər yeni il özü ilə yeni arzular gətirir. Ancaq bəzən gələn yeni il hər şeyi ilə köhnə illərdən hansınınsa təkrarı olur. Bu, ilk baxışda qəribə görünə bilər. Bəlkə təsadüf də demək olar.
Belə qəribə təsadüflərdən biri də 2016-cı ilin 1988-ci illə eyniliyidir. Bəli, təəccüblənməyin - illər bir-birinin eynidir. Təqvimə baxmaq kifayətdir ki, 2016-cı ilin eyniylə 1988-ci ilin təkrarı olduğunu görəsən.
1988-ci il kimi 2016-cı il də cümə günündən başladı və digər eyniliklər də beləcə davam edəcək. Buna görə də bu qəribə eyniliyi aşkarlayan bəzilər 1988-ci il hadisələrinin bənzərinin hansısa formada 2016-cı ildə də yaşanacağına inanırlar.
Rusiya mətbuatı 1988-ci ildə dünyanın və keçmiş SSRİ-nin ən mühüm 10 hadisəni təqdim edərək 2016-cı ilin gözləntiləri barədə xəbərdarlıq edib.
Cebhe.info həmin hadisələri təqdim edir:

1.Rusiyanın vaftiz edilməsinin 1000 illiyi Məhz 1988-ci ildə Mixail Qorbaçov patriarx Pimen və Müqəddəs Sinodanın üzvləri ilə görüşdü. Görüş mayın 7-də baş tutdu.İyunun 5-də isə Rusiyada bu tarixin bayram edilməsinə start verildi və düz 1 həftə davam etdi. Digər SSRİ respublikalarında da Rusiyanın vaftiz edilməsinin 1000 illiyi münasibətilə aprel-iyun aylarında təntənəli mərasimlər təşkil olundu. Bütün kilsələrdə dualar oxundu. 11 iyunda isə ümumxalq ibadəti keçirildi. Bənzər mərasimlər Kiyev, Leninqrad şəhərlərində də təşkil olundu. 70 illik fasilədən və ateizm təbliğatndan sonra ilk dəfə olaraq rus provaslav kilsəsi yeni mərhələyə qədəm qoydu.
2. Selin Dion 1988-ci ildə "Ne partez pas sans moi" mahnısı ilə “Avroviziya”nın qalibi oldu.

3. 1988-ci il 15 mayında Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasına başlandı. Xatırladaq ki, Sovet qoşunları 1979 –cu ildə Əfqanıstana göndərilmişdi.
9 il ərzində 600 min sovet hərbçisi bu ölkədə olmuşdu. 15 min sovet əsgəri, 2 milyon əfqan döyüşlərdə öldürülmüşdü. 200-ə qədər Sovet əsgəri indiyə qədər itkin düşmüş hesab olunur.
15 may 1988-ci ildə münaqişənin sülh yolu ilə həllinə dair apreldə Cenevrədə əldə edilən sazişin icrasına başlanıldı. Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasına start verildi. Sovet ordusunun son kalonu SSRİ-Əfqanıstan sərhədini 15 fevral 1989-cu ildə tərk etdi.

4. 29 may 1988-ci ilə ABŞ prezidenti Ronald Reyqan SSRİ-yə səfər etdi. Bununla da “soyuq müharibə”yə son qoyuldu. Bu vaxta qədər “şər imperiyası” adlandırılan Amerika ilə danışıqların mümkün olduğuna xalqı da inandırdılar.
Prezidentlərin görüşü mehriban şəraitdə keçdi. Hamı amerikalıların “adı adam” olduğuna inanmağa başladı. Sovet liderinin gözlənilmədən “dili açıldı” oldu, sərhədsiz kompromislərə getdi.

5. 12 iyun 1988-ci ildə “Moskva gözəli” müsabiqəsinin finalı keçirildi. Bu, Sovetlərdə ilk gözəllik müsabiqəsi idi. Gənc qızların bikinili münsiflərin qarşısına çıxması uzun müddət unudulmadı.
O zamana qədər “Sovet insanına xas olmayan davranış” kimi qəbul edilən bir çox qadağalar götürüldü. Üstəlik ilk dəfə olaraq məktəbli qız gözəllik müsabiqəsinin qalibi oldu. 10-cu sinif şagirdi olan Maşa Kalinina Sovet İttifaqında ilk rəsmi gözəl kimi tanındı.
6. 16 oktyabrda Sovet televiziyasında ilk serialın nümayişi başladı. Tamaşaçılar üçün bu, yeni, sirli aləm idi. Latın Amerikası sertialı olan “Kölə İzaura” milyonları ekrana kilidlədi. Yəqin ilk olmasındandır ki, onu indiyə qədər də unuda bilməyiblər.
1976-ci ildə Bernard Humaraynşın yazdığı əsər əsasında ekranlaşdırılan bu serial “sabun köpüyü operaları”nın sovet insanı ilə ilk tanışlığı idi. İlk seriya məhz 16 oktyabrda nümayiş etdirildi.

7. 16 noyabrdan etibarən isə SSRİ-nin dağılması prosesi başladı. Məhz həmin gün Estoniya SSR Ali Soveti suverenlik aktına səs verdi. Bu, SSRİ-nin dağılması prosesinin başlaması demək idi.
1989-90-cı illərdə başqa sovet respublikalarında da eyni qərarlar qəbul edildi. Estoniyadan başlayaraq digər ölkələrdə də Xalq Cəbhələri yaradıldı. Müstəqilliyə doğru addımlar artıq geri dönüşü olmayan proses idi.

8. 8 mart SSRİ tarixində daha bir “ilk”lə yadda qaldı. Hamısı musiqiçi olan Oveçnikov ailəsini könlünə Qərbdə yaşamaq düşdü.
Həmin gün onlar İrkutskdan Leninqrada uçan Ту-154 təyyarəsinin sərnişinləri arasında idilər. Gözlənilmədən ailə təyyarəni ələ keçirdi və pilotdan istiqaməti dəyişərək Londona uçmağı tələb etdi.
Çoxuşaqlı ailə kimi də SSRİ-də tanınan bu ailə planın icrasına aylar əvvəldən hazırlaşmışdı. Onlar SSRİ-dən qaçmaq istəyirdilər.

9. Bernardo Bertoluççinin “Sonucu imperator” filmi 9 Oskar aldı. Filmin nümayişindən təkcə Amerikada 44 milyon dollar gəlir əldə edildi.

10. Dağlıq Qarabağda vəziyyət gərginləşdi. 13 fevraldan etibarən Xankəndidə mitinqlər təşkil olunaraq seperatçı tələblər səsləndirilməyə başladı. O zamandan başlayan münaqişə bu gün də davam edir.
Azərbaycanın 20 faiz torpağı işğal olunub. İllər keçsə də işğalçıların təkcə özünü SSRİ-nin varisi elan edən Rusiyadan yox, həm də bir zamanlar əks cəbhədə dayanan bəzi ölkələrdən də dəstək alması “əbədi dostlar yox, əbədi maraqlar var” ifadəsini təsdiqləyir.
Cia.az
