Qadınların sevimli aksessuarlarından biri də çantalardır. Qış aylarında isə xanımlar rahatlıq baxımından iri çantalara daha çox üstünlük verirlər. Ancaq iri çantanın doğru istifadə qaydalarını bilmirsinizsə, bu yazını diqqətlə oxuyun.
Birincisi, qısa boylusunuzsa iri çantalardan uzaq durmalısınız. Çünki belə halda aksessuardan çox siz çantanın aksessuarı kimi görünürsünüz. Və bu da xoş görünmür. Balaca boy qadınların daha kiçik, ya da ortaboy çantalar istifadə etməsi daha doğru olar.
İri çanta istifadə etmək istəyirsinizsə, çox rəngli modellər yerinə tək rəng modelləri seçin.
Çox geniş geyimlərlə klassik, böyük bir çantanı birləşdirməkdən qaçın.
İri çantaları daşımağın ən yaxşı yolu ipindən tutmaqdır, çiyinə, ya dirsəyə asmaq deyil.
İri çantanın çox diqqətçəkən rəngdə olmamasına çalışın.
Çox rəngli bir çanta taxacaqsınızsa, tünd rəngli geyimlər geyinin.
İri çantaları çiyninizə asıb idman görünüşü qazana bilərsiniz. Əgər bu şəkildə istifadə edəcəksinizsə, geyiminizə də diqqət edin.
Cia.az
