Argentina prezidenti Kristina Kirşnerin qızı Florensiya xəstəxanaya düşüb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Noticias Argentinas” portalı yayıb.
Kirşnerin qızının Favaloro klinikasına gətirildiyi deyilir. O, çox ciddi şəkildə mühafizə edilir.
Klinikanın əməkdaşlarına telefonlarından istifadə etməmək göstərişi verilib.
