|
Ukrayna telekanalları "Azərspace-1" peykinin xidmətlərindən imtina etdi

Ukraynanın dövlət telekanalı "Kultura" "Azerspace-1" üzərindən yayımını dayandırıb.

APA xəbər verir ki, telekanal yayımına "Amos-3" peyki üzərindən davam edəcək.

Bundan başqa, "Mərkəzi kanal", "Lviv TV", "Boutique TV" və daha bir neçə Ukrayna telekanalı "Azerspace-1" peyki üzərindən yayımını dayandırıb.

Qeyd olunan kanallar da yayımını “Amos-3” üzərindən həyata keçirəcəklər.

Hazırda “Azerspace-1” üzərindən yayımını davam etdirən yeganə kanalı UATV-dir.

Cia.az