|
Bakıda “Range Rover” yandı

Bu gecə Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan, dayanacaqda dayanmış "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, atomobiliniqalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az