|
İlin ilk rəsmi məzənnəsi

Mərkəzi Bank ilin ilk iş günündə dolların və avronun məzənnəsini açıqlayıb.

Axşam.az xəbər verir ki, bugünkü məzənnəyə əsasən, Azərbaycanda 1 dollar 1.5610 manat,avro isə 1,6895 manat təşkil edir.

Xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti təxminən 50 faiz bahalaşıb.

Cia.az