|
"Barselona"da qış transfer pəncərəsinin ilk günü 77 rəsmi keçid

"Barselona" transfer pəncərəsinin ilk günü müxtəlif yaş qrubları üzrə komandalarında iştirak ərizəsinə 77 oyunçunun adını daxil edib.

Qol.Az-ın "El Mundo Deportivo" qəzetinə istinadən yaydığı xəbərə görə, katalonlar yayda heyətinə qatdığı, ancaq FİFA-nın cəzası səbəbindən xidmətlərindən istifadə edə bilmədiyi oyunçuları artıq rəsmən komandalarının siyahısına salıb. "Barsa"da əsas komandaya Arda Turan və Aleyks Vidal, B komandasına Robert Qonsalves və Xokin Esketa daxil edilib.

Cia.az