Madrid “Real”ının yeni baş məşqçisinin adı məlum olub.
Rafael Benitesi Zinəddin Zidan əvəzləyib.
Bunu yerli mətbuata açıqlamasında “Real”ın prezidenti Florentino Peres deyib.
Müqavilənin detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, “Real”ın sabiq futbolçusu olan Zidan buna qədər Madrid klubunun ikinci komandası "Kastilya"nı çalışdırırdı.
Cia.az
