Fil dişi sahili millisinin keçmiş oyunçusu Stiv Qohurinin meyiti Reyn çayından tapılıb. Musavat.com “Bild” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun meyiti Almaniyanın Krefeld şəhərində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Məlumata görə, Stiv Qohurinin borcları və narkotiklə bağlı problemləri olub. Tanışları bildirib ki, o, son bir ayı depressiyadan əziyyət çəkirmiş.
Stiv Qohuri Fil dişi sahili millisinin tərkibində 2006-2011-ci illərdə 13 oyuna çıxıb və 3 qol vurub.
Cia.az
