Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə yeni rəis müavini təyin edilib. Bu barədə bölmədən məlumat verilib.
Məlumatda bildirilir ki, Sabunçu RPİ 13-cü polis bölməsinin rəis müavini, polis mayoru Tərxan Əhmədov vəzifəsindən azad edilərək Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci polis bölməsinin rəis müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, 42-ci polis bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq polis polkovniki Azər Cahangirov icra edirdi.
Cia.az
