|
ABŞ səfirliyi Konqreslə Milli Məclisin əməkdaşlığını dəstəkləyir

“ABŞ-ın Azərbaycandakı səfirliyi azərbaycanlılarla amerikalılar arasındakı əməkdaşlığın istənilən formasını dəstəkləməyə hazırdır. Bizim qanunvericilər arasındakı mövcud təmaslar bu əməkdaşlığın formalarından biridir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin virtualaz.org saytınınsorğusuna cavabında bildirilir.

Səfirlik azərbaycanlı deputatların ABŞ-a səfərini təşkil etməyə hazır olub-olmaması barədəki suala cavabında bəyan edib ki, onlar əməkdaşlığı dəstəkləyir: “Biz Milli Məclis üzvlərinin qarşılıqlı anlaşmanı gücləndirmək və tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək üçün ABŞ Konqresi ilə əməkdaşlığa dair təşəbbüsünü tam şəkildə dəstəkləyirik”.

Cia.az