Rusiya prezidenti Vladimir Putin Azərbayan prezidenti İlham Əliyevə və MDB-yə üzv olan digər respublikaların başçılarına Yeni il münasibətilə təbrik teleqramları göndərib.
Virtualaz.org saytı Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin teleqramda Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək başa çatmaqda olan ilin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün xeyli məhsuldar və zəngin il olduğunu yazıb.
Putin iki ölkə arasında Cənubi Qafqazda və Xəzər hövzəsində təhlükəsizliyin və stabilliyin təmin edilməsi naminə strateji tərəfdaşlıq üzrə sıx birgə fəaliyyətin davam edəcəyinə ümid bəslədiyini də bildrib.
Cia.az
