Məşhur “Brodyaqa” mahnısını ifaçısı kimi tanınan müğənni Elbrus Canmirzəyev Krasnodarsk vilayətində qəzaya düşüb.
Dünən baş verən qəzada müğənninin prodüseri Kamran Əmirov ölüb.
Zəncirvari qəza zamanı “Lexus”, “BMW” və yük avtomobili toqquşub.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Canmirzəyev avtomobilini saatda 100 km-dən yüksək sürətlə idarə edib.
Müğənninin özü kiçik zədə və qapalı kəllə-beyin travması alıb. Hazırda xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, Elbrus Canmirzəyev əslən Azərbaycanlıdır. O, 1991-ci ildə Qaxda anadan olub, Rusiyada müğənni kimi fəaliyyət göstərir.


Cia.az
