Azərbaycan Dövlət Uşaq Filarmoniyası balaca tamaşaçıların görüşünə maraqlı konsert proqramı ilə gəlir.
Filarmoniyadan verilən məlumata görə, dekabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində “Bremen musiqiçilərinin yeni il şənliyi” adlı konsert təqdim ediləcək.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bütün yaradıcı heyətinin, o cümlədən rəqs, xor, uşaq musiqili teatrının, vokal qrupunun və digər kollektivlərinin iştirakı nəzərdə tutulub.
Yeni il konsertinin proqramına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
