Xırdalan şəhərində oğurluğa cəhd etmiş 2 nəfər tutulub.
Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, dekabrın 25-də saat 23.36-da Xırdalan şəhərindəki “Embawood” mağazasından Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal həyata keçirilmiş tədbirlərlə oradan şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Xırdalan şəhər sakini Ramin Cəfərov, Bakı şəhər sakini Natiq Möhübov və Şamaxı rayon sakini Aqil İsrafilov saxlanılıb.
Onlar Abşeron RPİ-yə təhvil verilib.
Araşdırma aparılır.
Cia.az
