|
Bakı-Aktau arasında TIR böhranı həll edildi

Bakı və Aktau arasında reyslərin yerinə yetirilməsinə cəlb edilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin əlavə bərələri Qazaxıstanın bu limanını Türkiyənin yük maşınlarından demək olar tam boşaldıb.

Bunu Trend-ə QSC sədrinin köməkçisi Vüqar Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda Aktau limanında Türkiyənin yalnız 8 yük maşını qalıb: "Onlar ən yaxın reyslə Bakıya çatdırılacaq. Son sutkalar ərzində bərələr əlavə 4 reys həyata keçirib ki, bu da 100-dən artıq türk yük maşınını keçirməyə imkan verib. Azərbaycan gəmiçiliyi Bakı limanının tam boşaldılması üçün əlavə reyslər təşkil etməyə davam edəcək".

Cia.az