Dövlət başçısının tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması işləri davam etdirilir.
Cia.az Azəryolservis-in saytına istinadən xəbər verir ki, bu çərçivədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.
Yenidənqurma işləri Nəqliyyat nazirliyi rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Cia.az
