"Elmlər Akademiyası"nın metrostansiyasının girişi müvəqqəti olaraq bağlanıb. Musavat.com-un məlumatına görə, stansiyanın qarşısında polislər dayanıblar. Onlar bunun səbəbini girişdə aparılan təmir işlərinin yekunlanması və Bakı Dövlət Universiteti istiqamətində stansiyanın növbəti giriş-çıxışının açılışının olacağı ilə əlaqələndirdilər.
Məsələ ilə bağlı musavat.com-a danışan metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, açılışa prezidentin gəlməsi gözlənilir: "Ola bilər ki, təhlükəsizlik tədbirləri çərçivəsində giriş qapadılıb. Açılış olduqdan sonra hərəkət bərpa olunacaq".
Qeyd edək ki, prezidentin gəlməsi ilə əlaqədar metrostansiyanın qarşısından avtobusların da hərəkəti dayandırılıb. Əhali yollarda qalıb.



Cia.az
