Dünya birjaları ilin son həftəsinə cüzi ucuzlaşmalarla başlayıb. ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda “Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən ucuzlaşaraq 37.82 dollara düşüb.
“Texas” neftinin “Brent” qarşısındakı üstünlüyü davam etsə də bu markada da ucuzlaşma olub. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 37.95 dollar olaraq müəyyənləşib.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə ötən həftənin son günü 0.58 dollar bahalaşaraq 38,05 dollar təşkil edib.
Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,56 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.
Cia.az
