Suriyanın ən qüdrətli qiyamçı qruplaşmalarından “Ceyş əl-İslamın” liderlərinin dekabrın 25-də endirilmiş raket zərbələri nəticəsində öldürülməsinin bəzi təfərrüatları məlum olub. Xəbər verildiyi kimi qruplaşma liderləri Dəməşq şəhərinin şərqində raket zərbələri nəticəsində öldürülüblər. Suriya ordusunun və üsyançı qruplaşmanın verdiyi məlumata görə, qrupun təsisçisi, 44 yaşlı Zahran Allouş, onun müavini və bir neçə köməkçisi ölənlərin arasındadır.
Suriyanın dövlət televiziyası ilə yayınlanmış xəbərdə bildirilib ki, “Allouşu məhv edən” raketlər Suriya hökumət qüvvələri tərəfindən atılıb.
Buna baxmayaraq, bəzi müxalifət fəalları raket zərbələrinin Rusiya təyyarələrindən endirildiyini və ya Rusiya raketlərinin Əsəd təyyarələrindən atıldığını söyləyirlər.
Virtualaz.org xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən “Ceyş əl-İslam” Suriyada Əsəd rejiminə qarşı döyüşən ən qüdrətli sünni-sələfi qruplaşmalarından biridir.
Qrup bu yaxınlarda Suriya müxalifəti üçün Səudiyyə Ərəbistanında təşkil edilən toplantıya qatılmış və Əsəd hökuməti ilə danışıqlarda iştirak edəcəyini bəyan etmişdi.
Səudiyyənin al-Arabiya telekanalının verdiyi xəbərdə deyilir ki, “Ceyş əl-İslam”ın toplandığı yerə 10 raket zərbəsi endirilib.
Şərhçilər diqqəti belə bir məqama cəlb edirlər ki, bu hadisədən bir neçə gün əvvəl Suriyaya dair BMT qərtnaməsi qəbul olunmuşdu.
BBC bildirir ki, Allouşun öldürülməsi Rusiyanın və Suriya hökumətinin hansı üsyançılarla danışqılar masasında görüşmək istəmədiklərini nümayiş etdirib.
Allouşun öldürülməsi Rusiyanın və Suriya hökumətinin hansı üsyançılarla danışqılar masasında görüşmək istəmədiklərini nümayiş etdirib
Bəşər Əsədin ən qürdətli müttəfiqi və müdafiəçisi olan Moskva Qərbə Suriyada “terrorçu” hesab etdiyi qruplaşmaların siyahısını təqdim edib. “Ceyş əl-İslam” həmin siyahıya daxildir.
Öz növbəsində ötən oktyabrda bu qruplaşma Rusiyaya müharibə elan etmişdi.
“Ceyş əl-İslam” Suriya paytaxtına bitişik münbit Quta aqrar qurşağında böyük əraziyə nəzarət edir.Qruplaşma bu ərazidən əvvəllər ora nəzarət edən İŞİD-i çıxara bilib. İslam Dövləti adlanan təşkilatla düşmənçililk edən Ceyş əl-İslam hətta İŞİD döyüşçülərinin kütləvi edamını keçirib. Habelə qruplaşmanın lideri Allouş dəfələrlə videomüraciətlər yayaraq Suriyanın “ələvilərdən və şiələrdən təmizlənəcəyini” bildirib.
“Ceyş əl-İslam”ın sıralarında yaxşı hazırlıq keçmiş minlərlə döyüşçünün olduğu deyilir.
Livanın “Əl-Mayadin” telekanalı xəbər verir ki, “Ceyş əl-İslam” qruplaşması artıq məhv edilən komandirinin yerinə yenisini seçib. Qruplaşmaya İssam Əbu Hammam başçılıq edəcək. O, Dəməşəq ətrafı qəsəbələrdən birində yaşayıb.
Cia.az
