|
Şəmkirdə xam neftlə dolu yük qatarı yanıb
Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Şəmkir şəhərində Gürcüstan Respublikasına məxsus 36 vaqondan ibarət xam neft məhsulu daşıyan qatarın 15-ci vaqonu qismən və 20 kv.m əraziyə dağılmış məhsul yanıb.
Digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az