“Facebook parolum sındırılıb, profilim ələ keçirilib”, “Şəxsi yazışmalarım gündəmə çıxarılıb” və sairə kimi cümlələrlə tez-tez rastlaşırıq. Daha çox siyasətçilər və tanınmışlardan eşitdiyimiz bu tip cümlələr hansı sosial şəbəkələrin etibarlı və təhlükəsizliyi mövzusunu gündəmə gətirdi. Çoxları “Facebook”un çat bölümü olan messengerin ən etibarsız çat olduğunu deyib orada yazışmağa ehtiyat edir.
“Facebook” sosial şəbəkəsinin ən təhlükəli resurs hesab edib, burada yazışmağa ehtiyyat edənlər kifayət qədərdir. Bu fikrin formalaşmasına səbəb isə “Facebook” profillərinin tez-tez qırılması, şəxsi hesablarımızı göndərilən viruslardır. Bir çox insanlar isə yazışmaq üçün ən etibarlı çatın “Watsapp” olduğunu düşünür. Günümüzün çox hissəsinin bu sosial şəbəkələrdə keçdiyini və son dövrlərdə canlı ünsiyyətdən daha çox çat da yazışmağa üstünlük verdiyimizi nəzərə alsaq, sosial şəbəkələrin təhlükəsizliyi məsələsi çoxlarını narahat edir.
Maraqlıdır, doğrudanmı, bizim yazışmalarımızı oxumaq, hesabımızı, şəxsi məlumatlarımızı ələ keçirmək mümkündür? Belə olan təqdirdə hansı çatı etibarlı hesab etmək olar?
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz zəif çat olmadığını və problemin istifadəçilərlə bağlı olduğunu dedi:“Facebook” kimi nəhəng bir şirkətin informasiya təhlükəsizliyi elə bir reytinqə malik ola bilməz. Sadəcə olaraq burada diqqət yetiriləsi məqam odur ki, insanların gərək özləri öz informasiya təhlükəsizliklərinin qayğısına qalsınlar. Düzdür, məsələnin bir tərəfi ondan ibarətdir ki, gərək sosial media vasitələri özlərinə məxsus informasiya resurslarının elə düzəltməlidirlər ki, burada asanlıqla informasiya əldə olunması, kənara informasiya sızması mümkün olmasın. Zaman-zaman bu məsələ ilə bağlı açıqlamalar, bəyanatlar yayırlar ki, filan məsələ, problem var və həll olundu. Mən son dövrlər eşitməmişəm ki, dünya mətbuatında, internetdə hansısa bir sosial şəbəkənin çatla bağlı hissəsində problem olsun. Ona görə ən zəif çatın bu çat olduğunu demək düzgün olmazdı. Təbii ki, zaman-zaman yalnız “Facebook” sosial şəbəkəsində deyil, hamısında problemlər ola bilir. Amma əsas problem istifadəçilərin özü ilə bağlı olur ki, gərək elementar təhlükəsizlik qaydalarına əməl olunsun. Buna əməl olunmayanda problemlər yaranır".
O.Gündüz çat funksiyası olan resurslarda yaranan problemlərin çoxunun istifadəçilərin təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün yarandığını dedi: “Çat funksiyası olan istənilən resursda problemlər ola bilir. Bir var ki, resursun özü tərəfindən problemlər, bir də var ki, istifadəçi tərəfindən problemlər. Son dövrlərdə ”Facebook"un təhlükəsizliyi ilə bağlı ciddi qüsur olmasını eşitməmişik. Amma istifadəçilərlə bağlı problemlər olur. Gərək istifadəçilər informasiya təhlükəsizliyi qaydalarına riayət etsinlər. Ola bilər ki, bəzən 3-cü tərəf olur müxtəlif informasiya sistemləri quru və izləmə, qeyri-qanuni müdaxilə ilə bağlı bu informasiyaları ələ keçirə bilər. “Facebook”, “Google” və müxtəlif nəhəng qlobal resurslar var ki, hökumətlərdən, məhkəmələrdən bunlara müraciətlər olur ki, filankəsin şəxsi məlumatlarını bizə verin. Bu qurumlar zaman-zaman bu cür hesabatları dərc edirlər. Məsələn, dərc edir ki, Rusiya hökumətindən bizə il ərzində 10 min müraciət gəlib ki, biz hansısa istifadəçinin şəxsi məlumatlarını verək. Sosial media resursları belə hesabatlar dərc edirlər ki, hökumətlər bunlara hansı sorğuları göndərirlər. Qeyd edim ki, onlar bu sorğulara hansısa müsbət bir reaksiya vermirlər. Onlar xoşluqla istifadəçiləri barədə məlumatları hökumətlərə təqdim etmirlər. Bunun qəliz bir prosedurası var. Məhkəmənin qərarı olanda daha qorxulu cinayətlərdə ola bilsin ki, versinlər. Amma belə asanlıqla vermirlər".
Ümumiyyətlə, “Facebook” profillərinin qırılması hakerlər tərəfindən həyata keçirilir. Profilin ələ keçirilməsi üçün məşhur üsullardan biri Fishing adlanan üsuldur. Fishing üsulu ilə şəxsi konfendensial materialların ələ keçirilməsi bu gün dünyada məşhurdur. Lakin bir haker üçün bu qeyri-professional addım və ən aşağı metod hesab oluna bilər. Xatırladaq ki, bir çox ölkələrdə bu üsulla kiminsə şəxsi hesabını oğurlamağın, parolunu qırmağın cəzası var. Belə ki, ABŞ-da fishing fəaliyyəti ilə məşğul olan şəxslər 250 min dollara qədər kompensasiya ödəməli olur. İngiltərədə isə fishing fəaliyyətinə görə cinayət törədən şəxs 10 ilə qədər məhkumluq həyatı yaşaya bilər.
Rusiyada kibercinayətkarlıqla mübarizəyə əsasən fishing fəaliyyəti ilə məşğul olan şəxs 6 il azadlıqdan məhrum edilə bilər. Facebook profilinizi təhlükəsizliyinə əmin olmaq üçün aşağıdakıları etmək və bir az diqqətli olmaq kifayətdir.
Çalışın feyk profillərdən uzaq olun;
Sizə göndərilən fishing xarakterli linkərə daxil olub, kiminsə qırmağına keçməyin;
Təhlükəsizlik tədbirləri üçün facebook sazlamalarında giriş haqda bildirişləri aktivləşdirmək, ancaq öz kompyüter və smartfondan istifadə, SMS bildiriş ilə girişi aktivləşdirmək olar.
Nəticədə sizin kodunuzu biləcək şəxs daxil olmaq istəsə belə ondan smslə telefona gələn təhlükəsizlik kodunu soruşacaq. Bunu isə yalnız siz bilmiş olacaqsız.
Cia.az
