|
Suriyada “Ceyşül əl-İslam” terror təşkilatının lideri öldürüldü

Suriyada Dəməşqin şərqində fəaliyyət göstərən ən iri terror təşkilatı “Ceyşül əl-İslam”ın başçısı Zəhran Alluş və daha yeddi səhra komandiri məhv edilib.

Bu barədə RİA Novosti-yə Suriya milli ordusundakı mənbələrdən məlumat verilib.

“Bizim Şərq Qutasındakı adamlarımız təsdiq ediblər ki, Alluş aviazərbə zamanı məhv edilib... Onunla birlikdə daha 7 səhra komandiri və onlarla döyüşçü öldürülüb. Aviazərbələr Otaya qəsəbəsinə endirilib”, - deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, bu qruplaşmanın Suriya paytaxtını minatanlardan və raketlərdən atəşə tutması nəticəsində minlərlə dinc sakin həlak olub.

Cia.az